
BAKI, 25 fevral. TELEQRAF
Bu ilin yanvar ayında ailə başçısını itirməyə görə 194 355 nəfər şəxsə pensiya və müavinət ödənilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, onlardan 137 625 nəfəri pensiya, 56 730 nəfəri isə müavinət alıb.