BAKI, 19 fevral. TELEQRAF

"İki ölkə arasında media məkanında strateji əməkdaşlıq barədə Anlaşma Memorandumunun imzalanması çox mühüm əməkdaşlıqların yaranmasına səbəb oldu. İki ölkənin mətbuatda baş verən canlanma təqdirəlayiqdir".

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri dövlətlərimiz arasında ələqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

"Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında imzalanan sənədlər xalqlarımız arasında dostluğun, qardaşlığının əyani təzahürüdür. Beş il ərzində iki ölkənin media subyektləri arasında bilik və təcrübə mübadiləsi gerçəkləşdi, qarşılıqlı layihələrin təməli qoyuldu".

Qeyd edək ki, tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Bakanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.