BAKI, 17 fevral. TELEQRAF
Bu ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 44,2 mln. manat və ya 11,1% artım qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 mln. manat və ya 8,7%, qeyri-büdcə təşkilatları üzrə isə 35,9 mln. manat və ya 12,6% artımla olub.