DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib.
Teleqraf.com xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov vəzifədən azad edilib. O, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə gətirilib.