Güclü külək Balakən rayonunda 80-dən çox evin dam örtüyünü uçurub.

Teleqraf.com xəbər verir ki, sentyabrın 6-da axşam saatlarından rayon ərazisində güclü külək əsib.

Nəticədə rayonun Katex kəndində 80 evin, şəhər ərazisində isə 5 mərtəbəli yaşayış binasının dam örtüyü dağılıb.

Bundan başqa, şəhər ərazisində irigövdəli ağacın aşması nəticəsində 2 avtomobilə ziyan dəyib.//Report