Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 30-dan avqustun 2-dək keçirilən vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.