Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Müşviqabadda yerləşən Təlim və Tədris Mərkəzinin müəllimləri və şagirdlərlə görüşüb.

Bu barədə Britaniyanın Azərbaycandakı Səfirliyindən Teleqraf.com-a məlumat verilib.

Qeyd edək ki, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak etmək üçün Bakıya səfərə gəlib.