Kanadanın Toronto şəhərində Ermənistanın Azərbaycana qarşı son təxribatlarına qarşı etiraz aksiyası keçiriləcək.

Teleqraf.com-a bu barədə Kanadada yaşayan hüquqşünas, güney azərbaycanlı milli fəal Hüseyn Türkelli məlumat verib.

Azərbaycana dəstək aksiyasının bu gün Bakı vaxtilə gecə saatlarında (Torontoda səhər saatları) Dundas Meydanında baş tutacağı bildirilib.