Azərbaycan ərazisində küləkli hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyinin axşama doğru mülayimləşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-23, gündüz 27-31 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 14-də Azərbaycanın bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, küləkli hava şəraitinin sentyabrın 14-ü axşamadək davam edəcəyi bildirilir.