BAKI, 5 fevral. TELEQRAF

Cari ildə xidmətlərin təkmilləşdirilməsində süni intellekt (Sİ) əsaslı həllərə mühüm üstünlük veriləcək.

Teleqraf xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xüsusilə, əlillik təyinatlarında Sİ həlləri sınaqdan keçirilir.

"Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90 %-dək ehtimalla doğru nəticə verir.
Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə “Omnichannel” yanaşması əsasında idarə olunacaq", - o vurğulayıb.