BAKI, 5 fevral. TELEQRAF

Əmək və Məşğulluq Altsistemində (ƏMAS) kadr anketlərinin, CV-lərin və ezamiyyə vərəqələrinin elektronlaşdırılması, habelə əməkhaqqı ödənişlərinin bank hesabları üzrə idarə olunması kimi yeni funksiyalar tətbiq ediləcək.

Teleqraf xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (RİM) direktoru Kənan Əkpərov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər təhlil olunaraq ƏMAS-ın mövcud funksionallığına uyğunlaşdırılacaq.

"Pensiyaların təyin edilməsi, yenidən hesablanması, tutulmaların avtomatlaşdırılması və digər sosial sığorta xidmətləri üzrə bir sıra yeni elektron funksiyalar artıq tətbiq olunub. Bu yeniliklər xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə azaldıb", - deyə K.Əkpərov əlavə edib.