BAKI, 8 dekabr. TELEQERAF
YAŞAT Fondu ötən dövr ərzində müalicə və psixoloji dəstək istiqaməti üzrə 37 milyon 911 min 765 manat vəsait xərcləyib.
Teleqraf xəbər verir ki, bu barədə fondun rəhbəri Elvin Hüseynov qurumun 5 illik fəaliyyətinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 193 şəxs müalicə məqsədilə Türkiyəyə göndərilib:
“Onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyədə davam edir”.
Elvin Hüseynov deyib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 manat məbləğində depozit hesabı açılıb. Onlara Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.