BAKI, 29 noyabr. TELEQRAF
Azərbaycanla mövcud dostluq münasibətləri Gürcüstana iqtisadi təhlükəsizlik, o cümlədən təbii qazın tədarükü və qiyməti ilə bağlı mühüm razılaşmalar əldə etməyə şərait yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, Azərbaycanla qarşılıqlı dostluq şəraitində aparılan danışıqlar nəticəsində Gürcüstanın iqtisadi təhlükəsizliyi baxımından əhəmiyyətli razılaşmalara nail olunub. Bu razılaşmalar qazın tədarük həcmini və qiymətini də əhatə edir.
Kobaxidze əldə olunan nəticələrin iki ölkə arasındakı dostluq və qarşılıqlı asılılığa əsaslanan münasibətlərin göstəricisi olduğunu vurğulayıb.