BAKI, 29 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son matçında “Qarabağ” “Azərsun Arena”da “Sumqayıt”la üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubunun qollarını Aleksandr Kaşuk (42), Renaldo Sefas (45+2), Taofik İsmail (77) və Musa Qurbanlı (86) vurublar. Qonaq komandanın heyətində isə İsa Suliman (8) və Emil Mustafayev (55) fərqləniblər.
Bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran “Qarabağ” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 10 xalı olan “Sumqayıt” isə onuncu sıradadır.
Qeyd edək ki, XIII turun digər görüşlərində “Şəfa” “İmişli”ni 3:1, “Neftçi” “Zirə”ni 1:0, “Turan Tovuz” “Kəpəz”i 2:1, “Sabah” “Araz-Naxçıvan”ı 2:1, “Şamaxı” isə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.