BAKI, 29 noyabr. TELEQRAF

Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk vilayətində yerləşən Kolomiytsı yaşayış məntəqəsinin azad edilməsini əks etdirən görüntülər yayıb.

Teleqraf Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat “Vostok” (“Şərq”) qoşun qruplaşmasının tərkibindəki 29-cu Ümumqoşun Ordusunun 656-cı motoatıcı alayının hücum bölmələri tərəfindən həyata keçirilib.

Bildirilib ki, bölmələr Volçya çayını keçərək düşmənin müdafiə xəttini yarıb və yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.