BAKI, 18 iyun. TELEQRAF

Təbii qazın təchizatına gəldikdə, Azərbaycan bu gün təchizatın coğrafiyası baxımından birinci yerdədir.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Biz 16 ölkəyə təbii qaz təchiz edirik, bu say günbəgün artır və artmaqda da davam edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.