BAKI, 2 iyun. TELEQRAF
Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".