BAKI, 28 may. TELEQRAF

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".