BAKI, 2 sentyabr. TELEQRAF
Azərbaycan BMT-nin vacib tərəfdaşıdır və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi edir.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladıb.
O, bu gün Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd edib.
Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib.