BAKI, 27 may. TELEQRAF

İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

"Qurban Bayramınız mübarək! Bu mübarək gün münasibətilə qardaş Azərbaycan xalqına və bütün müsəlman dünyasına sülh, bərəkət və xoşbəxtlik arzulayırıq. Qoy bu müqəddəs bayram birlik, mərhəmət və bölüşmə ruhunu daha da gücləndirsin", - deyə paylaşımda qeyd olunub.