BAKI, 26 may. TELEQRAF

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə yeni hakim təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.