BAKI, 18 may. TELEQRAF
30 ilə yaxın erməni işğalı altında qalan Qarabağın tacı Şuşa şəhəri hazırda demək olar ki, sıfırdan yenidən inşa edilir.
Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
"Şəhərin vandalizmə məruz qalmış tarixi qalası bərpa edilib, digər zədələnmiş abidələrimizin dirçəldilməsi istiqamətində işlər isə sürətlə davam etdirilir", - deyə dövlət başçısı vurğulayıb.