BAKI, 18 may. TELEQRAF

Qarabağ və Şərqi Zəngəzurda körpülərlə yanaşı, yeni elektrik stansiyaları, su təchizatı sistemləri, nəhəng su anbarları, müasir yaşayış binaları, məktəblər və xəstəxanalar tikilib.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda artıq 85 mindən çox azərbaycanlı daimi məskunlaşıb, onlar öz doğma yurdlarında yaşayır, işləyir və təhsil alırlar:

"Bölgədə sıfırdan dəmir yolları və 3 beynəlxalq hava limanı (Füzuli, Zəngilan və Laçın aeroportları) inşa edilib. Bütün bu nəhəng işlər cəmi 5 il ərzində reallaşdırılıb. Torpağın əsl sahibləri məhz belə davranırlar. Onlar buraları dağıtmağa, məhv etməyə gələnlərdən fərqli olaraq qurub-yaradırlar".