BAKI, 18 may. TELEQRAF
“Qərb ölkələrinin nümayəndələri heç vaxt Tbilisi küçələrində etiraz edənlərin hərəkətlərini pisləməyiblər, əksinə, verdikləri açıqlamalarla onları iğtişaşlara təşviq ediblər”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.
“Biz onların (etirazçıların – red.) polisə “Molotov kokteyli” və daş atdıqlarını, təhqirlərini gördük. Ammma onların (Qərb nümayəndələrinin – red.) bir dəfə də olsun, belə bir bəyanat verdiyini və ya bu cür hərəkətləri pislədiyini xatırlamıram. Əksinə, qütbləşmənin daha da dərinləşməsinə, cəmiyyət nümayəndələrinin bir-birinə qarşı qoyulmasına və ölkədə inqilabi ssenarinin reallaşmasına təşviq ediblər və töhfə veriblər. Əlbəttə, bu proseslər onların birbaşa iştirakı ilə baş vermişdi”, - Kaladze vurğulayıb.