BAKI, 18 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl ölümlə hədələnir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının sədri Hayk Koncoryan sosial mediada məlumat verib.

Fraksiya rəhbəri Ermənistan hökumət başçısının Qarabağdan gəlmiş separatçılar tərəfindən hədələndiyini bildirib:

“İnternetdə maskalı və silahlı şəxslərin Qarabağ ləhcəsində Ermənistan Baş nazirindən qisas almaqla, onu məhv və yox etməklə hədə-qorxu gəldikləri, guya “Artsax”ın mövcudluğunu qorumaq istədiklərini əks etdirən videosu yayılıb. Videoda ad yoxdur, üzlər görünmür, hamısı maska ​​taxıb”.

Koncoryan Nikol Paşinyanı ölümlə hədələyən naməlum şəxsləri “terrorçu” adlandırıb:

Ermənistan Baş naziri də təhdidlərə cavab olaraq adekvat cavab veriləcəyini bəyan edib:

“Əclaflar, maskalarınızı çıxarın, sizi lazım olan yerə göndərim. Niyə maska ​​taxdıqlarını bilirsiniz? Çünki maskaları çıxaranda görəcəyik ki, müharibədə əsgərlərimizi tək qoyub qaçan əclaflar və fərarilər bunlardır. Onlar Ermənistana “maska ​oyunu” oynamaq üçün gəliblər, sizi diz çökdürəcəyəm”.