BAKI, 18 may. TELEQRAF
Seçkiqabağı təşviqat kampaniyasının növbəti günündə Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri və tərəfdarları ilə birlikdə İrəvanda seçicilərlə görüşüb.
Teleqraf xəbər verir ki, vətəndaşlarla görüş zamanı Baş nazirə yaxınlaşan bir qadın onu təhqir etməyə, müxtəlif cinayətlərdə günahlandırmağa, qışqırmağa başlayıb və Paşinyanın onları diz çökdürməyə çalışdığını bildirib.
Uzun müddət sakit dinlədikdən sonra özündən çıxan Nikol Paşinyan qadına cavab olaraq deyib ki, o, vətəndaşları yox, Robert Köçəryanı diz çökdürəcək:
“Siz kimi nəzərdə tutursunuz? Əgər siz Robertsinizsə, sizi diz çökdürəcəyəm, Robertinizi diz çökdürəcəyəm, artıq diz çökdürmüşəm, yenə edəcəyəm. Robertiniz həbsxanada oturacaq, onu çökdürəcəyəm. Roberti də məhv edəcəyəm, kaluqalı oliqarxı da (Samvel Karapetyanı nəzərdə tutur – red.).
Nikol Paşinyan əlavə edib: “Mən onları hissə-hissə məhv edəcəyəm. Bəli, hədələyirəm, məhv edəcəyəm”.