BAKI, 18 may. TELEQRAF

“Bakıda keçirilən bu forum şəhərsalma və infrastruktur sahəsində beynəlxalq əməkdaşlıq üçün çox önəmli platformadır”.

Bunu Teleqraf-a açıqlamasında WUF13-ün iştirakçısı, pakistanlı nümayəndə Zaib un Nisa deyib.

O vurğulayıb ki, Azərbaycan son illərdə xüsusilə müasir infrastruktur, nəqliyyat və şəhərsalma istiqamətində böyük inkişaf yolu keçib:

“Bakı şəhərində qədim irsin qorunması ilə müasir urbanizasiya arasında yaradılan balans diqqətimi çəkdi. Bakı qədim irslə müasir urbanizasiya arasında balans yarada bilib.

Pakistan da davamlı şəhər inkişafı, ağıllı infrastruktur və insanların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Azərbaycan və Pakistan arasında bu sahədə əməkdaşlıq üçün geniş imkanlar var.

Gələcəkdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadiləsi və investisiya əməkdaşlığının genişləndirilməsi hər iki tərəf üçün önəmli nəticələr verə bilər”.