BAKI, 18 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın naməlum şəxslər tərəfindən ölümlə hədələnməsi üzrə cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Açıqlamada sosial mediada yayılan bir videoda Baş nazirin maskalı şəxslər tərəfindən ölümlə hədələndiyi bildirilib.

“Bir qrup şəxsə qarşı qətl hazırlığı, internet sabotajı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi başlanıb”, - komitə qeyd edib.

Şübhəlilərin müəyyən edilməsi üçün araşdırma aparılır.