BAKI, 18 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin mayın 18-də Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gün günorta saatlarında dövlət başçısı Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirəcək”, - o qeyd edib.