BAKI, 18 may. TELEQRAF

Macarıstan Prezidenti Tamaş Şuyok Baş nazir Peter Madyarın mayın 31-dək istefaya getməsi ilə bağlı ultimatumunu rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediya verdiyi müsahibədə bildirib.

“Hazırda məni istefa verməyə məcbur edə biləcək heç bir hüquqi və ya konstitusion əsas yoxdur”, - prezident vurğulayıb.

Şuyok prezidentlik müddətinin sonuna qədər vəzifəsini icra edəcəyini qeyd edib: “Mən əsas qanuna və Konstitusiya quruluşuna sadiq qalacağıma and içmişəm. Bu, məni yalnız siyasi çoxluq və ya azlıqla deyil, bütün millətlə bağlayır”.

Tamaş Şuyok əlavə edib ki, prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş sosial-siyasi niyyətlər olsa da, onun istefası üçün konstitusion əsaslar yoxdur.