BAKI, 18 may. TELEQRAF

Bakıda keçirilən WUF13 tədbiri dayanıqlı şəhər inkişafı və bu ilin əsas mövzusu olan mənzil təminatı sahəsində təcrübə mübadiləsi üçün çox mühüm platformadır.

Bunu Teleqraf-a açıqlamasında Hindistandan BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) kommunikasiya üzrə eksperti Priyasha Priyasha deyib.

O bildirib ki, bütün dünya üzrə vacib məsələlər ətrafında dialoqlar qurmaq və fikir mübadiləsi aparmaq üçün bura əhəmiyyətli bir məkandır.

"Bakıya ilk gəlişimdir. Burada olmağı çox bəyəndim. Əvvəlki Ümumdünya Şəhərsalma Forumlarında (WUF) iştirak etsəm də, Bakıdakı mühitə, bu şəhərə və ölkəyə heyran qaldım", - o vurğulayıb