BAKI, 15 may. TELEQRAF
TÜRKPA Baş katibi cənab Ramil Həsən Qazaxıstanın Türkistan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.
Teleqraf xəbər verir ki, Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev və Kuzey Kıbrıs Türk Cumhuriyetinin Prezidenti cənab Tufan Erhürmanin iştirakı edərək çıxış ediblər.
Yüksək səviyyəli görüşdə, həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərlərini, o cümlədən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Akademiyasının prezidenti Şahin Mustafayevi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raevi və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti prof. dr. Aktotı Raimkulova da iştirak edib.
Görüş çərçivəsində TÜRKPA Baş katibi, həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.