BAKI, 15 may. TELEQRAF
Mayın 15-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tovuz rayonuna səfər edib.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib.
Əvvəlcə nazir müavini Firudin Qurbanov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.
Səfər çərçivəsində nazir müavini Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbində olub. Məktəbdə yaradılmış tədris şəraiti və şagirdlərin təlim prosesi ilə tanış olan nazir müavininə təhsil müəssisəsinin fəaliyyəti, tədris göstəriciləri barədə məlumat verilib.