BAKI, 13 may. TELEQRAF

"2022-ci ildən davam edən normallaşma prosesi və etimad quruculuğu tədbirləri çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə əlaqələrinə başlamaq üçün hazırlıqlar 2026-cı il mayın 11-dən başa çatıb".

Teleqraf xəbər verir ki , bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X" platformasında qeyd edib.

"İki ölkə arasındakı ortaq sərhədin açılmasına yönəlik zəruri texniki işlər isə hələ də davam edir. Həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan-Türkiyə” şəklində yazılması mümkün olub.

Cənubi Qafqazda davamlı sülh və rifahın gücləndirilməsi istiqamətində yaranmış tarixi fürsətin işığında Türkiyə bölgədə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə və əməkdaşlığın bütün region ölkələri və xalqlarının xeyrinə daha da irəli aparılmasına töhfə verməyə davam edəcək", - paylaşımda qeyd edilib.