BAKI, 15 may. TELEQRAF

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili ilə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda dəyişikliklər edilib. “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” sözləri “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” sözləri ilə əvəz olunub.

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2023-cü il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” 2023-cü il 31 yanvar tarixli 28 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş 4-cü hissəsinə aid “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının 4.3.2-ci yarımbəndinə uyğun olaraq, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləği təsdiq edildikdən sonra qüvvəyə minir.