BAKI, 15 may. TELEQRAF
Futbol üzrə Azərbaycan I Liqasında çempion müəyyənləşib.
Teleqraf xəbər verir ki, "Şəfa" mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin edib.
Paytaxt təmsilçisi buna XXVI turda nail olub. "Şəfa" öz meydanında "Cəbrayıl"a qalib gəlib – 1:. Bununla da xallarının sayını 57-yə çatdıran Bakı klubu izləyiciləri üçün əlçatmaz olub. Bununla da "Şəfa" qızıl medalları və Premyer Liqaya vəsiqəni təmin edib.
İlk dəfə I Liqanın qalibi olan "Şəfa" əvvəllər Birinci dəstə və I Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır. Bunadək 26 klub belə uğur əldə edib. "Araz Naxçıvan", MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Qəbələ" və "Turan Tovuz" iki, digər komandaların bir qızıl medalı var.
Qeyd edək ki, 1993/1994 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/1998, 1998/1999, 2002/2003 mövsümlərində yarış keçirilməyib.
I Liqanın qalibləri:
1992. ANS Pivani (Bakı)
1993. Xəzri
1993/94. Azneftyağ və Zabrat
1994/95. Şəmkir
1995/96. Xəzər (Sumqayıt)
1996/97. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/01. MOİK
2001/02. Lokomotiv
2003/04. Gənclərbirliyi
2004/05. Şüvəlan
2005/06. Qəbələ
2006/07. Masallı
2007/08. Bakılı
2008/09. ABN
2009/10. Kəpəz
2010/11. Abşeron
2011/12. Qaradağ Lökbatan
2012/13. Ağsu
2013/14. Araz Naxçıvan
2014/15. Neftçala
2015/16. Neftçala
2016/17. Turan Tovuz
2017/18. Xəzər (Bakı)
2018/19. MOİK
2019/20. Turan Tovuz
2020/21. Neftçi-2
2021/22. Qaradağ Lökbatan
2022/23. Araz Naxçıvan
2023/24. Şamaxı
2024/25. Qəbələ
2025/26. Şəfa
Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.