BAKI, 15 may. TELEQRAF
Bu gün Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş "Musiqi ilə birləşək – Azərbaycan və Avropa" adlı xüsusi konsert proqramı təşkil edilib.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Litvanın Azərbaycandakı səfirliyinin rəhbərlik etdiyi Avropa İttifaqı Milli Mədəniyyət İnstitutları Şəbəkəsinin (EUNIC) Azərbaycan klasteri və Bakıdakı Ukrayna Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Konsertdə filarmoniyanın istedadlı gənc musiqiçilərinin ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.