BAKI, 12 may. TELEQRAF
Ermənistan və Azərbaycandan olan ekspertlər Londonda sülh prosesinin inkişafını, imkanlarını və risklərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın "Sülhə Körpü" təşəbbüsünün koordinatoru Areq Koçinyan bildirib.
Koçinyan yazıb: "Onilliklər davam edən münaqişələrdən sonra sülh təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasında etimad yolu ilə qurulur. Bu gün Ermənistan-Azərbaycan sülh prosesində yeni bir fürsət var və cəmiyyətlərin də bu yolda iştirak etməsi vacibdir. Londonda keçirilən görüşdə erməni və Azərbaycan ekspertləri sülh prosesinin hazırkı mərhələsini, onun imkanlarını və risklərini müzakirə ediblər".
O əlavə edib ki, davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq yolu ilə qurulur.