BAKI, 15 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXII turunda “Karvan-Yevlax” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Əli Əliyevin idarə etdiyi görüşdə qolları Olavale Doyeni; İbrahim Sanqare (56) və Domi Massumo (67) vurublar.
Bu nəticədən sonra Kaxaber Tsxadadzenin komandası xallarını 24-ə çatdırıb. Aktivində 14 xalı olan Füzuli Məmməxanovun kollektivi isə ötən turdan elitadan düşəcəyi dəqiqləşib.
Qeyd edək ki, günün növbəti matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. “SOCAR Polymer Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.