SUMQAYIT, 15 may. TELEQRAF

Sumqayıtda şəhərində kişi meyiti aşkarlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Zeynalov Zeynal Alı oğlunun meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyitə baxış keçirildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.