BAKI, 2 aprel. TELEQRAF

ABŞ Venesuelanın yüksək vəzifəli rəsmisi Delçi Rodriges barəsində tətbiq olunan sanksiyaları ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən qurumun qərarı ilə Delçi Rodrigesin adı xüsusi sanksiyalar siyahısından (SDN) çıxarılıb.

Qeyd olunub ki, siyahıdan çıxarılan şəxslər arasında Delsi Rodrigez də yer alıb.

Xatırladaq ki, daha əvvəl Nyu-Yorkda Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı iş üzrə ikinci məhkəmə iclası başa çatmışdı.