BAKI, 2 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ, Avropa və digər xalqlara qarşı düşmən münasibət bəsləmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Pezeşkian iranlıların digər millətlərə qarşı mənfi emosiyalar daşımadığını vurğulayıb.

Onun sözlərinə görə, İranın təhlükə kimi təqdim olunmasına yönəlmiş cəhdlər əsassızdır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla razılıq əldə olunub-olunmamasından asılı olmayaraq hərbi əməliyyatı başa çatdıracağını açıqlamışdı.