BAKI, 2 aprel. TELEQRAF
"Türk dövlətlərinin üstün coğrafi mövqeyi onlara beynəlxalq logistika sistemində mühüm tranzit qovşağı rolu oynamağa imkan verir".
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataqulıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
O, Türkmənistanın qədim İpək yolunun müasir formatda canlandırılması təşəbbüslərini ardıcıl şəkildə təşviq etdiyini vurğulayıb: "Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə nəqliyyat dəhlizlərinin inkişafına xüsusi önəm veririk. Bu baxımdan Trans-Xəzər beynəlxalq daşımalar dəhlizi və “Lapis-Lazuli” marşrutu regionlararası ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır".