BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımı 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, bəyanatda qeyd olunub:
"1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki şəxslərə qarşı törədilmiş qətliamı lənətləyirik.
Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqdadır.
Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daima qəlbimizdə daşıyırıq.
Xocalı soyqırımında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha dərin hüznlə başsağlığı veririk".