BAKI, 26 fevral. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Səfirliyin "X" platformasında paylaşım olunub.
"Xocalı soyqırımının 34-cü ildönümündə soyqırımı qurbanlarını, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram, rəhmət və minnətdarlıqla anırıq", - deyə qeyd olunub.