BAKI, 10 fevral. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə Baş Direktoru, səfir Mehmet Samsar və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Teleqraf-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.