BAKI, 17 sentyabr. TELEQRAF
Mərkəzi Seçki Komissiyasında (MSK) hər seçkiöncəsi geniş maarifləndirmə proqramı həyata keçirilir.
Teleqraf xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, ölkədəki 125 dairə seçki komissiyasının təqdim etdiyi siyahı diqqətlə araşdırılıb:
“Bütün bu meyarlar üzrə çalışmışıq ki, bu vəzifəyə layiq olan namizədləri təqdim edək. Ümumi bəzi statistik məlumatları diqqətinizə çatdırmaq istərdim. Azərbaycan Respublikası Milli Məclisində çoxluq təşkil edən partiyanın MSK-da təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyalarının heç də hamısında tərkibdə dəyişiklik aparılmayıb. Çünki əvvəllər fəaliyyət göstərmiş, peşəkarlıq nümayiş etdirmiş, eyni zamanda özünün də həmin dairələrdə qalıb işləmək imkanı olan şəxslərin dəyişdirilməsi bizim üçün arzulanan hal deyil.
Ona görə də əsas prioritet olaraq əvvəllər yaxşı təcrübə qazanılmasında iştirak edən bizim təmsilçilərin dəyişməsinə o qədər də maraq göstərməmişik.
Belə ki, 125 dairənin 49-da komissiyanın üzvlərinin dəyişdirilməsi, əvəzlənməsi halı baş verib. Böyük əksəriyyəti onların öz ərizələri ilə həyata keçirilib. Həmin 49 dairə üzrə 56 nəfər dairə seçki komissiyası üzvü əvəzlənib”.