BAKI, 26 yanvar. TELEQRAF

Azərbaycanda elektron siqaretlər qadağan edilir.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.

Sərəncam 2026-cı il aprelin 1-dən qüvvəyə minir.