Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Krans-Montanada baş verən partlayışla bağlı başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə "X" platformasında paylaşım edilib.

"Krans-Montanada baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğın xəbəri bizi dərin kədərə qərq etdi.

Həlak olanların ailələrinə və İsveçrə xalqına dərin hüznlə başsağlığı veririk.

Duyğularımız yaxınlarını itirənlərlədir və yaralılara tezliklə sağalmalarını arzulayırıq", - bildirilib.