BAKI, 15 dekabr. TELEQRAF

Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitdir.

Teleqraf xəbər verir ki, Ermənistan müdafiə naziri Suren Papikyan jurnalistlərə açıqlamasında bildirib.

"Sərhəddə vəziyyət hazırda sakitdir. Bu an üçün narahatlıq üçün əsas yoxdur. Hərbi qüvvələrin qarşısında əsas çətinliklər hava şəraiti ilə bağlıdır: güclü külək və qar fırtınası xidmətin təşkili üçün əlavə problemlər yaradır",- o qeyd edib.

Nazir vurğulayıb ki, Ermənistan ordusunun bəzi mövqeləri dəniz səviyyəsindən 3500 metrədək yüksəklikdə yerləşir və oktyabr ayından etibarən həmin ərazilərdə qar yağır:

"Bu səbəbdən yolların təmizlənməsi və fasiləsiz rabitənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür".